Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Qaxda daha bir layihə reallaşmışdır

09 may 2014 | 15:00

Mayın 5-də Qax rayonunda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilmiş “Qax rayonunda məişət tullantıların idarə olunması” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
          Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
          Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2003-cü ildən uğurla davam edir. Qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda bu layihə də daxil olmaqla, 5 layihə reallaşmışdır.         Bu layihələr əsasən təhsil, tibb və ekologiya sahələrini əhatə edir.
           Qeyd olunan layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında 2013-cü il oktyabrın 18-də imzalanmışdır.
           Ekologiya sahəsini əhatə edən bu layihənin əsas məqsədi Qax rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasını təmin etməkdir. Bu məqsədlə Qax şəhərindən kənarda yanma kameraları inşa olunmuşdur.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyi yarım il ərzində Qax rayonuna ilk dəfə səfər etdiyini, rayonun füsunkar təbiətinin onu valeh etdiyini bildirmişdir. Diplomat qeyd etmişdir ki, tullantıların idarə olunmasının təkmilləşdirilməsi insanların gündəlik həyatı üçün çox önəmlidir. Səfir layihənin bu baxımdan gələcəkdə  də öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
            Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə yaxından tanış olmuş, çeşidləmə bunkerlərinə baxmış, yanma kamerasının iş prinsipini izləmişlər.

Keçidlər