Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun kəndlərində qəzalı vəziyyətə düşmüş 4 uşaq bağçasında bərpa-gücləndirilmə işləri aparılmışdır

09 may 2014 | 15:00

7  may 2014- cü il  tarixdə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü ərəfəsində Qax rayonunun   İlisu, Zərnə, Qapıçay  kəndlərində  bir  qruplu 20  yerlik  uşaq  bağçası  və  Qorağan  kəndində 2  qruplu 35 yerlik  körpələr  evi- uşaq  bağçası bərpa  gücləndirmə  tədbirlərindən   sonra yenidən balacaların  istifadəsinə  verilmişdir.
       Bu münasibətlə keçirilən mərasimlərdə Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilmiş, Ümummilli Liderin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi  vurğulanmışdır.
        Qeyd olunmuşdur ki, son illər rayonda məktəbəqədər müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı rayonda bir çox tikililərlə yanaşı, uşaq bağçalarının yerləşdiyi binalar da ciddi zərər görmüşdü. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına 2013-cü ilin sentyabrında rayonda 6 uşaq bağçasında bərpa-gücləndirmə və tikinti işlərinə başlanmışdır. Bu bağçalardan 2-si keçən il dekabrın sonunda istifadəyə verilmişdir. Bu gün daha 4 uşaq bağçası qapılarını yenidən balacaların üzünə açmışdır.
        Açılış mərasimlərində çıxış edən kənd ağsaqqalları, valideynlər uşaqların ən yaxın dostu olan Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyələrə görə kənd sakinləri adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını  bildirmişlər.   
        Sonra mərasim iştirakçıları uşaq bağçalarında yaradılan şəraitlə yaxından tanış olmuşlar. Bağçalarda uşaqların sağlam və gümrah böyümələri, təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmış, bütün otaqlar yeni mebel və avadanlıqla təchiz olunmuşdur.

Keçidlər