Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Gül bayramı

12 may 2014 | 15:00

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır.  Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli  Liderimiz Heydər Əliyevin doğum günü  təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar  gün münasibəti ilə artıq neçə ildir ki,  doğma ölkəmizin hər bir guşəsində "Gül bayram"larının keçirilməsi bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə  həyatını sərf etmiş  Dahi Şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Bu gün Qax rayonunda da əsil bayram ovqatı yaşanmaqdadı. Həzin musiqi sədaları  günəşli may günündə hər bir qaxlını  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə  Heydər Əliyev Parkında keçirilən ümumrayon "Gül bayramı"na  səsləyirdi. Park başdan-başa gül-çiçəyə bürünmüşdü.
Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Gül bayramında təbii güllərdən hazırlanaraq  nümayiş etdirilən  əl işləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olurdu. İştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar.
Rayon  rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider  Heydər Əliyevin  abidəsini ziyarət edərək, abidənin önünə tər güllər düzdülər. Sonra tədbir iştirakçıları Heydər  parkında hazırlanmış  gül kompozisiyaları və əl işləri ilə tanış oldular.
"Gül bayramı"ndan sonra Heydər Əliyev Mərkəzində   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə  elmi- praktik  konfrans keçirilmiş, tədbir Nizami  parkında təşkil  olunmuş  konsert proqramı ilə  yekunlaşmışdır.

Keçidlər