Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “Qadınların yerli idarəetmədə iştirakının institusional inkişafı” mövzusunda konfrans keçirilir

14 may 2014 | 15:00

 13 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı,
“ Qadınların Bələdiyyələrin İnkişafı Uğrunda  “ İctimai Birliyi ilə birgə rayonda qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə mentorluq proqramı həyata keçirmişdir.
Proqram çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin iştirakı ilə rayonun  “El Resort“ otel komleksində Dayaq mentorluq layihəsinin növbəti konfransı  keçirilmişdir. 
Konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə ölkə direktoru Henning Tvesten, Almaniyanın yerli siyasətçisi və Helena Weber mükafatı lauratı  Dorothea Maisch,Azərbaycan  Respublikasının  Milli Məclisinin üzvü Sevinc Hüseynova,  Dayaq  Mentorluq  layihəsinin yerli kordinatoru, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyin rəhbəri Lyudmila Xəlilova, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı Proqram üzrə məsul əməkdaşı  Fidan Qasımova, Bakı şəhəri, Xətai bələdiyyəsinin üzvü Nərminə Hacıyeva, Şəmkir şəhər Heydər Əliyev mərkəzinin rəhbəri, Gəncə Kəpəz bələdiyyəsinin üzvü Məleykə Əlizadə iştirak etmişlər.
Konfransdan  sonra İçəribazar Turizm-Mədəniyyət Mərkəzində  “ Çərçivədən Kənar “ adlı multi media sərgisi  keçirilmişdir.  Tədbir rayon Mədəniyyət  evinin və  İncəsənət  məktəbinin  şagirdlərinin  çıxışlarından  ibarət  konsert  proqramı  ilə  yekunlaşdı. 
Dayaq Mentorluq layihəsi çərçivəsində qadınların yerli idarəetmədə iştirakını təmin etməq məqsədilə treninqlər 14 və 15 may tarixlərində  davam edəcəkdir.

Keçidlər