Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Nəqliyyat naziri vətəndaşları qəbul etmişdir

17 may 2014 | 15:00

Mayın 16-da nəqliyyat naziri Ziya Məmmədov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul etmişdir. Nazirliyin struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda yol infrastrukturu və nəqliyyat məsələləri ilə bağlı problemlər araşdırılmış, vətəndaşların  müraciət və təklifləri dinlənilmişdir. Müraciətlər əsasən kəndlərarası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, piyada keçidlərinin tikintisi, habelə rayon mərkəzlərindən keçən magistral avtomobil yollarının şəhərdən kənara çıxarılması və digər məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmış, digər müraciətlər operativ həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar  verilmişdir.
Nazir Ziya Məmmədov son illər ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmiş, Prezidentin müvafiq sərəncamlarına əsasən respublikanın hər yerində olduğu kimi, bu bölgədə də yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulduğunu, əsaslı təmir olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Keçidlər