Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “Ailə bayramı” qeyd olundu

16 may 2014 | 15:00

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur.
Beynəlxalq Ailə gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.
Respublikamızda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2006-cı ildən etibarən 15 may Beynəlxalq Ailə günü münasibəti ilə may ayının 1-dən 15-dək silsilə tədbirlər və yekun tədbir olaraq 15 may  tarixində “Ailə Bayramı” keçirilir.
Rayonda  da  hər  il  təntənəli  surətdə “Ailə bayramı” qeyd  olunur. Bu  il isə bu  bayram  yazın  gəlişi  ilə  daha  da  gözəlləşən  Qum  kəndində  keçirildi.  Gənc ailələrin, ağsaqqal və ağbirçəklərin, ziyalıların iştirak etdiyi tədbirdə Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə  göstərilən diqqət  və  qayğıdan, , cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rol oynadığından  və ölkəmizdə  ailə  dəyərlərinin  qorunub  saxlanılmasından geniş  söhbət  açılmış, tədbirdə  rayon Mədəniyyət  evinin “Arzu” xalq çalğı alətləri ansanblının  ifasında bir- birindən  gözəl  mahnılar səsləndirilmişdir.
Tədbirdə  iştirak  edən yaşlı  və  gənc  ailələrə  rayon  İcra  Hakimiyyəti  adından  hədiyyələr  verilmişdir.

Keçidlər