Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “Muzey kolleksiyaları ünsiyyət yaradır” adlı tədbir keçirilmişdir

19 may 2014 | 15:00

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mayın 18-də Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı günü” elan olunmuşdur.
Aksiya çərçivəsində gün ərzində məktəb kollektivlərinin muzeyə ekskursiyaları təşkil olunmuş, ziyarətçilərə muzeyin fəaliyyəti, rayonun və bölgənin tarixi barədə ətraflı məlumat verilmişdir. Bundan əlavə, aksiya çərçivəsində muzeydə əməkdaşlar və qonaqların iştirakı ilə “Muzey kolleksiyaları ünsiyyət  yaradır”`  adlı  tədbir  keçirilmişdir.
       Muzeyin direktoru Mahir Əfəndi bildirmişdir ki, “açıq qapı günü”nün keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində muzeylə insanlar arasında daha canlı əlaqənin yaradılmasına nail olmaqdır. Çünki muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü gələn ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Muzeylər mədəni mübadilə, mədəniyyətlərin zənginləşdirilməsi, qarşılıqlı anlaşma, əməkdaşlıq, insanlar arasında sülhün bərqərar olmasında mühüm vasitə kimi çıxış edir.
       Bildirilmişdir ki, 2012-ci ildən Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də üzv olduğu UNESCO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən 1978-ci ildən dünyanın hər yerində qeyd edilən bu bayram günündə muzey işçiləri yüksək əhval-ruhiyyə ilə öz tamaşaçıları ilə görüşmək imkanı əldə edir, eyni zamanda, yeni tamaşaçı kütləsi toplamaq fürsəti qazanır. Bu baxımdan, Beynəlxalq Muzeylər Günü, həm də fədakar peşə sahibləri olan muzey işçilərinin həmrəylik bayramıdır.
Tədbirdə çıxış edənlər muzey işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, milli-mədəni sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında muzeylərin rolunu yüksək qiymətləndirmişlər. Xalqımızın mədəni sərvətlərinin qorunması və təbliğində Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri  xüsusi  vurğulanmışdır.
     Mayın 18-də rayonun digər muzeylərində də “açıq qapı günü” elan olunmuş, müxtəlif tədbirlər keçirilmişdir.

 

Keçidlər