Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “İşəgötürənlər tərəfindən Məşğulluq Mərkəzinə təqdim olunan statistik hesabatların vaxtında və düzgün tərtib edilərək verilməsinin işsizliyin aradan qaldırılmasında rolu” mövzusunda dəyirmi masa keçirilmişdir

16 may 2014 | 15:00

May  ayının 15- də Qaxda “İşəgötürənlər tərəfindən Məşğulluq  Mərkəzinə  təqdim olunan  statistik hesabatların vaxtında və düzgün  tərtib  edilərək verilməsinin işsizliyin aradan  qaldırılmasında  rolu” mövzusunda dəyirmi  masa  keçirilmişdir.
Rayon  İcra  Hakimiyyəti  və Məşğulluq  idarəsinin birgə  keçirdiyi  tədbirdə qeyd  olundu  ki, işsizliyin  aradan qaldırılması  üçün dövlət  tərəfindən müxtəlif uğurlu  layihələr həyata  keçirilir. Bu layihələr içərisində  “Azərbaycan  Respublikasının  Məşğulluq  startegiyasının həyata keçirilməsi  üzrə 2011- 2015- ci iilər  üçün Dövlət Proqramı”  xüsusi  rol oynayır.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlər diqqətə  çatdırılmışdır.
    Qeyd edilmişdir ki, məşğulluq mərkəzi tərəfindən rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, məşğul əhalinin iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.
Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilmiş, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilmişdir. Həmçinin, işəgötürənlərin məşğulluq mərkəzi ilə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində, işəgötürənlərin yüksək ixtisaslı işçi qüvvəsinə tələbatının ödənilməsindəki rolundan söz açılmışdır.     Bu məqsədlə hər il rayonda təşkil edilən əmək yarmarkalarının əhəmiyyəti qeyd edilmiş və bu məşğulluq tədbirində hamının fəal iştirak etməsi tövsiyə olunmuşdur.
    İclasda çıxış edən işəgötürənlərin nümayəndələri günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışaraq qeyd etmişlər ki, bu iş diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır. İşsizlik  səviyyəsinin  azaldılmasında dövlətimiz  tərəfindən  həyata  keçirilən tədbirlərlə yanaşı işəgötürənlərin də  rolu az  deyil. Hər bir işəgötürən mövcud  qanunvericiliyə əməl edərək mərkəzə təqdim olunan müvafiq  hesabatların vaxtında  və  düzgün tərtib olunmasını təmin etməlidir.


 

Keçidlər