Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda gənclərin ümumrayon toplantısı keçirildi

21 may 2014 | 15:00

20  may 2014-cü il  tarixdə  Qax şəhərində rayon  gənclərinin  formu  keçirilib. Tədbirdə idarə, müəssisə  və təşkilatlarda  çalışan, rayonun ictimai- siyasi  həyatında  fəallıq  göstərən 200  nəfər  gənc  iştirak  etmişdir. Rayon rəhbərliyi və fəal gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla  yad  etmişlər.
         Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramovun hesabat məruzəsində Azərbaycan Gənclərinin VI Forumundan ötən dövr ərzində rayonda gənclər siyasəti və idman sahəsində görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran  vəzifələrdən bəhs  olunmuşdur.
        Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gəncliyinin həyatında müstəsna əhəmiyyətə malik toplantının – Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini xatırladan idarə rəisi, həmin toplantıdan sonra respublika gənclərinə, gənclər təşkilatlarına öz problemlərini müzakirə etmək, gələcək fəaliyyətlərinin istiqamətlərini müəyyənləşdirmək üçün çox gözəl imkan yarandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 1996-cı ildən başlayaraq hər 3 ildən bir keçirilən və mahiyyətcə bir-birindən fərqlənən bu forumlar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, eyni zamanda, çox böyük əhəmiyyət  daşıyır.
          Qeyd olunmuşdur ki, Ulu Öndərin I Forumda söylədiyi “Gəncliyin inkişafı, cəmiyyətimizin inkişafıdır. Hər bir gənc Azərbaycanın müstəqilliyini təmin etmək üçün Vətəni, torpağı, xalqımızı, millətimizi, dinimizi, dilimizi, milli ənənələrimizi sevməlidir” fikirlərini əsas tutan Azərbaycan gəncliyi bu gün respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməklə, cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilmişdir.
          Məruzədə Azərbaycan Gənclərinin VI Forumundan ötən dövr ərzində rayon gənclərinin təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə etdikləri nailiyyətlərdən geniş bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.
Tədbirdə çıxış edən gənclər Ümummilli Liderin ideya və arzularının gerçəkləşməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişlər.
            Toplantıda Gənclər və İdman Nazirliyinin məsul işçisi Rüstəm Abdullayev və rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək rayon gənclərinə gələcək fəaliyyətlərində  uğurlar  arzulamışlar.
Azərbaycan Gənclərinin VII Forumuna nümayəndələr seçilmişdir.
Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər