Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “ Elmin dəyişməz ünvanı-Kitab” adlı VII kitab bayramı keçirildi

22 may 2014 | 15:00

21 may 2014-cü il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə  Qax  şəhərində S.Vurğun adına Mədəniyyət evinin zalında “ Elmin dəyişməz ünvanı-Kitab” adlı VII kitab bayramı keçirildi.Tədbirdən öncə tədbir iştirakçıları  Qax rayon Mərkəzi Kitabxanasının təşkil etdiyi “Heydər Əliyev-91”, “Kitabxanamızın uğurları”, “Elektron nəşrlərimiz”, “Naxçıvan Muxtar Respublikası-90”, “Elmi ədəbiyyatımız”, “Klassiklərimiz”, “Tariximizi yaşadan əsərlərimiz”, “Uşaq ədəbiyyatı inciləri”, “İlin yubilyar yazarları” adlı sərgilərə baxdılar.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri N.Omarovun nitqi ilə başladı. N.Omarov “İlin ən yaxşı kitabxanası “ müsabiqəsində qalib olduğu üçün C.Cabbarlı adına Mərkəzi kitabxananın kollektivini bir daha təbrik etdi və bilik mənbəyi olan kitabın geniş təbliğində belə görüşlərin əhəmiyyətini xüsusi vurğuladı. Sonra rayon Mərkəzi Kitabxanasının direktoru G.Əhmədova çıxış edərək Qax MKS-nin fəaliyyəti haqqında danışdı. Daha sonra balaca oxucularımızın A.Bakıxanovun “Hikmətin fəziləti”, “Kitabsız gələcək yoxdur” səhnəcikləri, “ Kitabla davranış və mütaliə haqqında”, ”Kitabın balaca dostları” başlıqlı çıxışları və “ Ən yaxşı mütaliəçi” viktorinası  iştirakçılar tərəfindən maraqla qarşılandı. Şairə Solmaz Elqızı, gənc həvəskar şairə “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsinin qalibi Məmmədli Şəlalə  öz şerlərini söylədilər. Tədbirdə rayon Mədəniyyət evinin “Arzu” xalq kollektivinin üzvlərinin, Rayon İncəsənət məktəbinin xor və rəqs kollektivlərinin çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbir boyu “ Qax MKS-nin fəaliyyəti haqqında “ təşkil olunmuş elektron sərgi nümayiş olundu.
Tədbirin sonunda may ayında C.Cabbarlı adına Mərkəzi Kitabxanada keçirilmiş” Kitabla dost ol, ən fəal oxucu ol!” müsabiqəsinin qalibləri təltif olundu.

Keçidlər