Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Respublika günü qeyd edildi

29 may 2014 | 15:00

Mayın 27-də Qax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla  yad  etmişlər.
       Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev 28 May – Respublika Günü haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 96 il bundan əvvəl, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Xalqımızın milli oyanış və dirçəlişinin məntiqi nəticəsi kimi meydana çıxan bu respublika milli dövlətçilik ənənələrimizin əsasını qoymuş, gələcək müstəqilliyimiz üçün möhkəm zəmin yaratmışdır. Tədbirdə çıxış edənlər XX əsrin sonunda xalqımızın yenidən öz müstəqilliyinə qovuşduğunu bildirmiş, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını, məhz Ulu Öndərin polad iradəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını, dünya dövlətləri arasında layiqli yer tutduğunu qeyd etmişlər. Qeyd olunmuşdur  ki, müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yeni inkişaf dövrünü yaşayır.

 

Keçidlər