Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilmişdir

02 iyun 2014 | 15:00

İyunun 1-də Qax şəhərindəki Heydər Əliyev Parkı gül-çiçəklə bəzədilmiş, bayram libasına bürünmüşdü. Bayram  şənliyinə toplaşan uşaqların sevinclərinin həddi-hüdudu yox idi.
Heydər Əliyev parkında mahnı, bədii qiraət və rəsm müsabiqələri keçirilmişdir. Sonra uşaqlar asfalt üzərində öz rəssamlıq qabiliyyətlərini nümayiş etdirmişlər. Doğma Vətənimizin gözəlliklərini, sülhü tərənnüm edən rəsmlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
       Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının  müavini Vəfa Heydərova uşaqların beynəlxalq müdafiəsi günü haqqında ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində  görülən işlərdən danışmışdır.
Bayram  İçəribazar Mədəniyyət- Turizm Mərkəzində konsert proqramı  ilə  davam etmişdir.
     “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” devizi altında keçirilən tədbirdə çıxış edənlər uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirmişlər.
        Tədbirdə uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Uşaqlar arasında keçirilən mahnı, bədii qiraət, rəsm və rəqs müsabiqələrinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
        Bayram münasibətilə parkdakı əyləncə vasitələri gün ərzində uşaqlara pulsuz xidmət göstərmiş, balacalar əsl bayram sevinci yaşamışlar.

 

Keçidlər