Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Su Təsərrüfatı və Meliorasiya işçiləri peşə bayramlarını qeyd etdi

07 iyun 2014 | 15:00

Bu gün Qax şəhərində Su Təsərrüfatı və Meliorasiya işçiləri  peşə bayramlarını  qeyd etdi. Tədbir  iştirakçıları  ulu öndər Heydər Əliyevin abidəsi  önünə gül dəstələri qoydular.   Sonra tədbir rayonun İcra Hakimiyyətinin konfrans zalında davam etdirildi. Tədbiri  giriş  sözü  ilə açan RİH başçısı  Musa  Şəkiliyev  Meliorasiya  və  Su təsərrüfatı  işçilərini  peşə  bayramı  münasibətilə  təbrik  edərək ümummilli lider Heydər Əliyevin meliorasiya və irriqasiyanın inkişafına verdiyi misilsiz töhfələrdən söhbət açdı. Qeyd olundu ki, 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmişdir. 1993- cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkədə meliorasiya və su təsərrüfatının inkişafına hazırda Prezident İlham Əliyev tərəfindən də böyük diqqət və qayğı göstərilir.
Sonda RİH  tərəfindən  uzun müddət  səmərəli  fəaliyyətlərinə, rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə  rayon  Suvarma  Sistemləri  İdarəsinin  kollektivi və kollektivin bir qrup  işçisi  Fəxri Fərmanla təltif olundu.

 

Keçidlər