Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İyunun 4-də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin rayonun Lələli kəndində əhali ilə görüşü keçirilmişdir.

07 iyun 2014 | 15:00

 Səyyar qəbul xarakteri daşıyan görüşdə  kəndl sakinləri ilə yanaşı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Zəyəm  kənd inzibati ərazi dairəsi  üzrə nümayəndənin müavini Müslüm Abdurahmanov sakinlərin məşğuliyyəti və kəndlərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, bir sıra sosialyönümlü problemləri diqqətə çatdırmışdır.
           Görüşdə iştirak edən sakinlər – Qürbət Abdullayev,Arif Bayramov, Ramiz Şahmirov  və  digərləri  suvarma  mövsümündə kəndə suyun  verilməsində növbələşdirilməni təşkil etmək, suvarma  suyu verən Şotavar kanalının axıradək dərinləşdirilməsi, ağır  tonnajlı maşınların işləməsi üçün kəndin kənarı ilə alternativ  yolun  çəkilməsi  ilə bağlı   müraciət  etmişlər.
         İcra Hakimiyyətinin başçısı kənd sakinlərini diqqətlə dinlədikdən sonra bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən bu görüşlər zamanı mövcud problemlər yerində öyrənilir və lazımi tədbirlər görülür. Əhali tərəfindən qaldırılan məsələlərin, müraciətlərin operativ həlli təmin olunur, irəli sürülən təkliflər nəzərə alınır. Bu dəfə də belə olacaqdır.
Görüşdə sakinləri narahat edən məsələlərin həllini tapması üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Keçidlər