Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Vergi mədəniyyətinin formalaşdırılması” mövzusunda tədbir keçirilmişdir

06 iyun 2014 | 15:00

İyun ayının 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Vergilər Nazirliyinin birgə layihəsi olan “ Vergi dostu “ şəbəkəsi xətti ilə Qax rayonunun İlisu kəndində “Vergi mədəniyyətinin formalaşdırılması “ adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri Ələkbər Məmmədov, vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov, 13 saylı Ərazi Vergilər İdarəsinin rəisi Pərvin Əhmədov, RIH-in başçısı Musa Şəkiliyev, RİH başçısınin müavini Vəfa Heydərova, nazirliyin əməkdaşları, RTŞ-ın müdir müavini Babək Heydərov, İlisu inzibati dairəsi üzrə Ərazi nümayəndəsi, İlisu bələdiyyəsinin  sədri,sahibkarlar, kənd ictimaiyyəti, İlisu kənd tam orta məktəbinin kollektivi iştirak etmişdir.
     Tədbiri İlisu kənd tam orta məktəbinin direktoru Xanpəri Muradova açmış, daha sonra “Vergi dostu” – məktəbin müəllimi Günay Mahmudova davam etdirmişdir. Tədbirdə Ulu dağ turizm obyektinin rəhbəri Zabit Əhmədov, İlisu bələdiyyəsinin sədri Asəf Əhmədov, sahibkar Pərvin Məmmədov da çıxış etmişlər. Sonda nazirin müşaviri Ələkbər Məmmədov, RİH baçşısı Musa Şəkiliyev çıxış edərək belə tədbirlərin təbliğat xarakterli olmasını, vergi mədəniyyətinin əhali arasında formalaşdırılmasının mühüm bir amil olduğunu qeyd etmişlər. Tədbirdə şagirdlərin ifasında səhnəciklər göstərilmiş, şeirlər səsləndirilmişdir.

 

Keçidlər