Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda 15 iyun Milli Qurtuluş günü qeyd edildi

16 iyun 2014 | 15:00

Müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər birbaşa dahi lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikir 15 İyun- Milli Qurtuluş Günü münasibətilə Qax şəhərində keçirilən ümumrayon tədbirində məruzə və çıxışlarda dönə-dönə səsləndirilmişdir.
  Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə geniş nəzər salınmış, 1993-cü ilin iyun hadisələri ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə iqtidardakı qüvvələrin səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatmışdı. Ölkəni xaos və anarxiya bürümüş, dövlət müstəqilliyimiz, hətta milli varlığımız belə çox ciddi təhlükə ilə üzləşmişdi.
  Qeyd olunmuşdur ki, belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bilmişdir. Bu səbəbdən də 15 İyun- Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür.
  Çıxışlarda vurğulanmışdır ki, son iyirmi ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunan uğur və nailiyyətlər birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə iqtisadiyyatını bürüyən tənəzzül dayandırılmış, vətəndaşların təhlükəsizliyini təmin etmək mümkün olmuşdur.
  Tədbirin sonunda 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
  Daha sonra bayram tədbiri axşam saat 21:00-da  şəhərin Sahil parkında konsert proqramı ilə davam etdi. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər