Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Iyunun 13-ü Qax şəhərində Azad İstehlakçılar Birliyinin (AİB) Forumu keçirilmişdir.

14 iyun 2014 | 15:00

Keçirilən forum gənc iqtisadçıları və sahibkarları Azərbaycanda gedən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə peşəkar səviyyədə məlumatlandırmaq məqsədi daşımışdır. Forum iştirakçılarının həmin məsələlərlə bağlı şəxsi fikir və düşüncələri öyrənilmiş, ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakını artırmaq üçün həyata keçirilən layihələr müzakirə olunmuşdur.
  Forumda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və qonaqlar iştirak etmişdir. Abşeron rayon Saray bələdiyyəsinin sədr müavini Vəsilə Həsənova açıq müzakirədə biznes qurmaq istəyən və xüsusilə də bu sahədə özünü zəif hiss edən qadınları bu işə stimullaşdırmış və öz tövsiyyələrini vermişdir.
  Əsas müzakirə mövzusu kiçik və orta sahibkarlığın aktivləşdirilməsi və inkişafının dəstəklənməsi məsələləri olmuşdur.
 

Keçidlər