Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Qax şəhərində vətəndaşları qəbul etmişdir

25 iyun 2014 | 15:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 23-də Qax şəhərində növbəti qəbul keçirmişdir.
    Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilmişdir.
Qəbuldan əvvəl TQDK-nın sədri Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşdur.
    Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul və buraxılış imtahanlarının məzmunu, ikinci ali təhsil almaq, TQDK tərəfindən nəşr olunan test kitabçalarının məzmunu, orta ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları və müəyyən metodiki məsələlərlə bağlı olmuşdur.
    Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. Digər müraciətlər, o cümlədən TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətlər ünvanına çatdırılması üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
   Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Keçidlər