Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

14 iyul 2023 | 15:59

14 iyul- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gün Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

 Sonra YAP rayon təşkilatının inzibati binasında dəyirmi masa keçirilmişdir.

 Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

 Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq Azərbaycanın dövlətçilik ənənələrinin bərpasının, respublikamızın iqtisadi qüdrətinin artmasının məhz Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündən – 1969-cu il iyulun 14-dən başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, o zamandan başlayaraq Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqını, Vətənini düşünüb, ürəyi  Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Onun formalaşdırdığı azərbaycançılıq ideyası Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda məruzə ilə çıxış edib.

Həmçinin toplantıda çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunub, Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə təhsilin, səhiyyənin, elmin, mədəniyyətin və digər sahələrin inkişafına verdiyi əvəzsiz töhfələrdən bəhs ediblər. Çıxışlarda Ümummilli Liderin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

 Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

 

Keçidlər