Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“14 iyul 1969-cu il:Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

12 iyul 2024 | 13:46

“14 iyul- Ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi”  Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir.

Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirmişdir ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Vurğulamışdır ki, 1969-cu ilin 14 iyulu tarixə  həm də Azərbaycanın dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqın xilaskarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin başladığı inkişaf strategiyası bu gün cənab prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları əldə olunan bütün inkişaf, uğur və nailiyyətlərimizin təməl prinsipləridir. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim bütün nailiyyətlərimizin mərkəzində Heydər Əliyevin xidmətləri dayanır”.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “14 iyul 1969-cu il:Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”  mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransda çıxış edənlər 14 iyul- Ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin siyasi əhəmiyyətindən söz açmışlar.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videolent nümayiş etdirilmişdir.

 

 

Keçidlər