Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq gənclər günü qeyd edildi

10 avqust 2012 | 15:00

Avqustun 9-da “İçəribazar” Mədəniyyət və Turizm Mərkəzinin konsert salonunda S.Vurğun adına rayon Mədəniyyət Evinin və şəhər kitabxanasının təşkilatçılığı ilə 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər dövlətimiz tərəfindən göstərilən qayğıdan, gənclərimizin əldə etdikləri uğurlardan danışmış, Beynəlxalq Gənclər Günü münasibətilə iştirakçıları təbrik etmişlər.
Tədbir boyunca rayon Mədəniyyət evinin “Arzu” xalq kollektivinin üzvləri və rayon uşaq İncəsənət məktəbinin xoreoqrafiya şöbəsinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
 

Keçidlər