Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Narkotik maddələrdən uzaq olaq, sağlamlığımızı qoruyaq” mövzusunda tədbir keçirildi

27 iyun 2014 | 15:00

İyunun  25-də C.Cabbarlı adına  rayon Mərkəzi Kitabxanasının oxu zalında “Narkotik maddələrdən uzaq olaq, sağlamlığımızı qoruyaq”  mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları Mərkəzi kitabxananın foyesində narkomaniya ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olmuşlar. RİH başçısının birinci müavini Tahir İsmayılov tədbiri giriş sözü ilə açaraq, narkomaniyanın fəsadları, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə haqqında geniş məlumat vermişdir.
  Tədbirdə çıxış edənlər narkomaniyanın müasir dünyamızda cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi olduğunu qeyd etmişlər.  Bildirildi ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur,həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır,sosial münasibətlərə mənfi təsir göstərir.
   Tədbirin gedişi zamanı iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılmışdır

Keçidlər