Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

21nəfər Qarabağ əlili və şəhid ailəsinə yeni mənzillər verildi

25 iyun 2014 | 15:00

24 iyun 2014-cü il tarixdə Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasında 21 ailəyə mənzillərin verilməsi ilə bağlı mərasim keçirilmişdir.
   Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin  rəisi Çingiz Əliyev, nazirliyin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
   Çıxış edənlər yeni mənzil alanları təbrik etmişlər. Mənzil sahiblərinə evlərin orderləri təqdim olunmuşdur. Yeni mənzil alanlar çıxış edərək ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər