Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda polis işçiləri peşə bayramını qeyd etdi

03 iyul 2014 | 15:00

Iyulun 2-də Qax şəhərində polis işçilərinin peşə bayramı qeyd olunmuşdur. Bu münasibətlə rayon rəhbərliyi və rayon Polis şöbəsinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.  Tədbir rayon Polis şöbəsində davam etdirilmişdir. keçirilmişdir. Mərasimdə çıxış edənlər Azərbaycan polisinin uzun, tarixi və şərəfli bir yol keçməsindən, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolundan bəhs etmişlər. Tədbirin sonunda nümunəvi xidmət göstərən polis işçilərinə Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlar verilmişdir.

 

Keçidlər