Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Azərbaycan tolerant model ölkədir” mövzusunda tədbir keçirilmişdir

11 iyul 2014 | 15:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə Qax rayon İcra Hakimiyyətinin akt zalında “Azərbaycan tolerant model ölkədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
    Rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin, İƏD üzrə nümayəndələr, müəssisə rəhbərlərinin iştirak etdikləri tədbirdə bölgədəki mövcud dini durum barədə məlumat verilmiş, dini tolerantlığın tarixi ənənələrindən söhbət açılmışdır.
     Qeyd olunmuşdur ki, rayonda hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin edilir, ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant münasibət bəslənilir.
    Tədbirdə DQİDK-nın sədr müavini Səyyad Salahlı Azərbaycanda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizm, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat vermişdir.
 

Keçidlər