Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

14 iyul 2014 | 15:00

Xalqımızın ümummilli lideri şəhərin “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində bayram konserti təşkil edilmişdir.
    Tədbirin rəsmi hissəsində Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun məhz 1969-cu il iyulun 14-dən – xalqımızın böyük oğlu Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən sonra başlandığı vurğulanmışdır. Bildirilmişdir ki, dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində 1970-1981-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil etmişdir.
    Ümummilli Liderin hakimiyyətdə olduğu həmin illər respublikanın hər yerində olduğu kimi, Qax rayonunda da iqtisadiyyatın sürətli inkişafı baxımından xüsusilə yadda qalmışdır. O vaxt rayonda böyük quruculuq işləri görülmüş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, onlarla sosial təyinatlı obyekt, o cümlədən təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, yeni yollar, körpülər salınmışdır.
    Bir neçə saat davam edən bayram tədbirində rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri maraqlı və rəngarəng konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş etmişlər. Uşaq incəsənət məktəbinin rəqs qrupunun, Ağyazı kənd mədəniyyət evinin “Samur” folklor və Qaxingiloy kənd mədəniyyət evinin “İmedi” rəqs kollektivlərinin şux və oynaq rəqsləri, gənc müğənnilərin, xanəndələrin solo ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər