Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

17 iyul 2014 | 15:00

İyul ayının 17-də Qax rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ötən dövrdə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş şura keçirilmişdir.
      Rayonun İƏD üzrə nümayəndəliklər, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən şura iclasını rayon icra hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev açaraq qeyd etmişdir ki, 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qax rayonunda da yüksək templə davam etmişdir. Qazanılan bütün bu nailiyyətlər dövlət başçısının göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Hesabat məruzəsində, həmçinin 2014-cü ilin altı ayında əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən ətraflı bəhs edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilərək aidiyyatı təşkilatlara tövsiyə və tapşırıqlar verilmişdir.

Keçidlər