Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

15 iyun Milli Qurtuluş Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da təntənə ilə qeyd olunmuşdur

15 iyun 2024 | 19:12

15 iyun Milli Qurtuluş Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da təntənə ilə qeyd olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir.

Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, qeyd etmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Qeyd olundu ki, həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. Və bu gün onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev “Heydər Əliyev-Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini İlkin Abbasov, rayon Notariat Ofisinin notarusu Mübariz Əhmədov, RİH başçısının Ağyazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Mirzəyev və Qax şəhər 4 nömrəli tam orta məktəbin direktoru Rübail Əfəndiyeva  15 iyun- Milli Qurtuluş Gününün siyasi əhəmiyyətindən söz açmışlar.

Sonda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş videolent nümayiş etdirilmişdir.

15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbiri axşam saatlarında İçəribazar Turizm-Mədəniyyət Mərkəzində konsert proqramı ilə davam etmişdir.

                                                                                                           

Keçidlər