Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Ulu istirahət mərkəzində düşərgə təşkil edilmişdir”

09 avqust 2012 | 15:00

Rayonumuzda Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq gənclər üçün “Azərbaycan doğma diyarımdır” mövzusunda növbəti vətənpərvərlik yay istirahət düşərgəsi təşkil edilib. Avqustun 8-də başlayan düşərgə ayın sonunda başa çatacaq. İlisu kəndində yerləşən “Ulu” istirahət mərkəzində təşkil olunan düşərgədə respublikamızın, Qax da daxil olmaqla , müxtəlif şəhər və rayonlarından 60 nəfər yeniyetmə və gənc iştirak edir. Düşərgə günlərində iştirakçılar arasında Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırma işi aparılır, diyarşünaslığın inkişaf etdirilməsi məqsədilə rayonun tarixi abidələrinə ekskursiyalar təşkil olunur.
Düşərgədə vətənpərvərlik mövzusunda inşa yazı, şeir və mahnı müsabiqələri təşkil olunacaq, dama, nərd, .ahmat, voleybol, futbol və digər idman növləri üzrə yarışlar keçiriləcək.
 

Keçidlər