Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

"Kiyev Solistləri" Kamera Orkestrinin səyyar konserti keçirilmişdir

28 iyul 2014 | 15:00

Iyulun 28-də şəhərin "İçəribazar" Turizm və Mədəniyyət Mərkəzində Ukraynanın məşhur "Kiyev Solistləri" Kamera Orkestrinin səyyar konserti keçirilmişdir.
     Konsertin əvvəlində  Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  çıxış edərək qonaqları salamlamış daha sonra Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli violençel ustası, "Kiyev Solistləri" Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski çıxış edərək festivalın konsertlərindən birinin Azərbaycanın cənnət guşələrindən olan Qaxda keçirilməsindən böyük şərəf duyduğunu bildirmiş və tamaşaçılara xoş istirahət arzulamışdır.
     Kamera musiqisi axşamında Pyotr Çaykovskinin, Antonio Vivaldinin, İohan Sebestyan Baxın və digər klassik rus və Avropa bəstəkarlarının əsərlərindən, həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyasından  parçalar təqdim  edilmişdir.
     Kollektivin hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

    

 

 

Keçidlər