Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qanvermə aksiyası keçirilmişdir

14 avqust 2014 | 15:00

Səhiyyə Nazirliyinin 2014-cü il üçün tədbirlər planına uyğun olaraq, avqustun 13-də Qax Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində könüllü qanvermə aksiyası keçirilmişdir. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı 100 könüllüdən qan alınıb.
Gün ərzində davam edən bu xeyirxah aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının, yerli icra və bələdiyyə qurumlarının əməkdaşları fəallıq göstərmişdir. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaqdır.

Keçidlər