Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.

04 sentyabr 2014 | 15:00

Sentyabrın 4-də şəhərin 2 nömrəli məktəb-liseyində rayonunun təhsil işçilərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Konfrans  iştirakçıları daha sonra şəhərin 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmış, məktəbdə yaradılan diyarşünaslıq muzeyi ilə tanış olmuşlar.
Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev hesabat məruzəsində bildirdi ki, ötən dərs ilində rayonun 54 ümumtəhsil müəssisəsində 6975 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1309 müəllim məşğul olub. Diqqətə çatdırıldı ki, cari ildə rayonun tam orta məktəblərini bitirən 448 nəfər məzundan 300 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 176 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında 49 nəfər 500-dən, o cümlədən 19 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Ötən dərs ilində rayon məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir  sıra nailiyyətlər qazanmışlar.
Hesabat məruzəsində, həmçinin təhsil müəssisələrinin yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur. Bildirilmişdir ki, yeni dərs ili ərəfəsində 24 məktəbdə zəruri təmir işləri görülüb. Şəhər 4 nömrəli tam orta məktəbində dövlət vəsaiti hesabına əsaslı təmir işləri davam etdirilir. Təhsil Nazirliyindən alınan 179 adda 25836 ədəd dərslik, zəruri məktəb sənədləri hazırda  bölgü əsasında məktəblərə çatdırılır.
Konfransın sonunda ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrə fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər