Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası səhnələşdirilmişdir

18 sentyabr 2014 | 15:00

   Sentyabrın 18-də Milli musiqi günü ilə əlaqədar olaraq S.Vurğun adına Qax rayon Mədəniyyət evi İ.Dağıstanlı adına Xalq teatrının təqdimatında  Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası səhnələşdirilmişdir. Tamaşanın quruluşçu rejissoru Gülşad Paşayeva, rəssamı Fuad Muradov, Şəlalə Bəkirova musiqi tərtibatçısı  Sərdar  Rəsulovdur.
Tamaşada  Mərcan bəy rolunu - Qurbanəli Şahmərdanov, Minnət xanım rolunu -Ceyran Rəcəbova, Gülpəri rolunu - Solmaz Həsənova və başqaları ifa etmişlər.
Uğurla başa çatan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər