Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir çərçivəsində 48 sahibkarlıq subyektinə 853 min manat güzəştli kredit verilmişdir

28 iyul 2012 | 15:00

Iyulun 27-də rayonunun İlisu kəndində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.
Tədbir çərçivəsində nazirliyin nümayəndələri əvvəlcə əsas hissəsi SKMF-ın güzəştli krediti hesabına inşa olunmuş Qax rayonunun Qarabaldır kəndində “Flora-Qlade” MMC-nin müasir süd emalı müəssisəsində aparılan tikinti işləri ilə tanış olmuşlar. İlisu kənd mədəniyyət evində keçirilən tədbirin əvvəlində respublikamızın sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunmuşdur.
Tədbirdə Qax rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli cır meşə meyvələrinin emalı müəssisələrinin, müasir quşçuluq təsərrüfatının, çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılmışdır.
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin nümayəndəsi Hüseyn Paşayev və nazirliyin Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov sahibkarlığın inkişafına dövlət dəstəyinin mexanizmləri, habelə iqtisadi rayonda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.
SKMF-ın icraçı direktoru Şirzad Abdullayev çıxışında cari ilin ötən dövründə Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1429 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırmışdır. Bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd olunmuşdur ki, Şəki-Zaqatala iqtisadi rayonunda indiyədək 1215 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 12 layihənin maliyyələşdirilməsinə 28,6 milyon manat güzəştli kredit verilmişdir. Sonra nazirliyin nümayəndələri sahibkarların suallarını cavablandırmışlar. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda istehsal və emal sahələrində fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 853 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasını təmin edəcəkdir.
 

Keçidlər