Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilmişdir

02 oktyabr 2014 | 15:00

Hər il olduğu kimi, bu il də bayram rayonda təntənə ilə qeyd edilmiş, ahılların şərəfinə “El-Resort” otelinin Konfrans zalında bayram süfrəsi açılmışdır. Tədbiri giriş nitqi ilə açan Qax rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev çıxış edərək tədbir iştirakçısı olan ahılları, onların şəxsində rayonun bütün ahıl sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.  Hər il Ahıllar gününün respublikamızda geniş şəkildə qeyd edilməsi, ahıl vətəndaşların məşğulluğu, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bunun  parlaq  nümunəsidir. Ümumilikdə rayon üzrə 255 nəfər ahıl sakinə sosial yardım göstərilir.
Tədbirdə Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüqar Əhmədzadə çıxış edərək məlumat verdi ki, rayonumuzda yaşlı insanlara, qoca və ahıllara xüsusi qayğı rayon rəhbərliyinin diqqət mərkəzindədir.
Qeyd etmək lazımdır ki, bayramla əlaqədar olaraq rayon üzrə 250 nəfər ahıl sakinə ərzaq bağlaması verilmişdir.

Keçidlər