Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi rayona səfər etmişdir

16 oktyabr 2014 | 15:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində tezliklə Qax rayonunda daha bir layihənin icrasına başlanılacaqdır. Layihə çərçivəsində rayonun Cəlayir kəndində tikiləcək yeni tibb məntəqəsi bu kəndin, eləcə də qonşu kəndlərin sakinlərinə göstərilən səhiyyə xidmətinin səviyyəsini daha da yaxşılaşdıracaqdır.
Oktyabrın 16-da Qax rayonundakı “El Resort” mehmanxanasının konfrans zalında “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılacaq “Qax rayonunun Cəlayir kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak etmişdir.
Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdirildiyi diqqətə çatdırılmış və ötən müddətdə qrant yardımı proqramı çərçivəsində rayonda təhsil, tibb və ekologiya sahələrini əhatə edən 5 layihə reallaşdırıldığı bildirilmişdir. Yeni imzalanacaq layihə sayca altıncıdır. Bu layihələrin ümumi dəyəri 560 min 963 ABŞ dolları təşkil edir.

Keçidlər