Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Dövlət Kukla Teatrı Beynəlxalq festivaldan qayıtmışdır

17 oktyabr 2014 | 15:00

Qax Dövlət Kukla Teatrı Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən “Kaspiyski bereq” IV Beynəlxalq teatr festivalından qayıtmışdır.
Teatrın direktoru Nazim Mahmudov bildirib ki, 2008-ci ildən etibarən iki ildən bir keçirilən bu festivalda əsasən Xəzəryanı ölkələrin teatr kollektivləri iştirak edirlər. Builki festivala doqquz kollektiv qatılmışdır. Tamaşalar Həştərxan Dövlət Kukla Teatrının səhnəsində oynanılıb. Festivalda Qax teatrının yaradıcı kollektivi tamaşaçılara “Turp” rus xalq nağılı əsasında hazırlanmış eyniadlı pantomim-tamaşanı təqdim etmişdir. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayevdir. Tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Zaur Paşayev ifa etmişlər.
Festivalın münsiflər heyətinin rəyinə əsasən, Qax teatrının təqdim etdiyi “Turp” tamaşası “Ən yaxşı rejissor işi” mükafatına layiq görülmüşdür.


 

Keçidlər