Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

18 Oktyabr - Milli Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir

18 oktyabr 2014 | 15:00

18 Oktyabr- Milli Müstəqillik Günü münasibətilə Qax şəhərində Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilmişdir.
   Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirmişdir ki, xalqımız əsrlər boyu müstəqillik qazanmaq arzusunda olsa da bu arzusunu uzun illər ürəyində saxlamaq məcburiyyətində qalıb. Müstəqil dövlət qurmaq  xoşbəxtliyi xalqımıza yanlız güclü şəxsiyyət, qüdrətli lider Heydər Əliyevin fədakarlığı nəticəsində qismət olmuşdur. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.
  Sonra tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Azərbaycanın Dövlət Müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda məruzə etmiş, məruzə ətrafında çıxışlar edilmişdir. 
Daha sonra bayram tədbiri axşam saat 18:00-da  şəhərin Nizami parkında konsert proqramı ilə davam etmişdir.

Keçidlər