Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Fəal ailəm, Sağlam aləm” layihəsi çərçivəsində ilk ailəvi idman yarişi keçirilmişdir

07 noyabr 2014 | 16:00

   Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində noyabrın 7-də ailəvi idman təsnifat yarışı keçirilmişdir. Yarışın əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaq və gəncləri, onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Yarışın açılış mərasimində çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova belə tədbirlərin uşaq və gənclərin sağlam böyümələrində mühüm rol oynadığını vurğulamışdır. O, 2014-2015-ci tədris ilinin ilk zona yarışlarından birinin Qaxda keçirilməsinə görə Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirmişdir. MOK-un əməkdaşı, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev Olimpiya hərəkatının tarixi, Olimpiya dəyərləri, həmçinin 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları və ona hazırlıq işləri barədə danışmışdır. Sonra idmanın müxtəlif növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilmişdir. Qaliblər Milli Olimpiya Komitəsinin və “Coca-Cola” şirkətinin qiymətli hədiyyələri və diplomlarla mükafatlandırılmışlar.

Keçidlər