Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxın təbiət gözəllikləri Sabunçu və Suraxanı məktəblilərini valeh edib

19 noyabr 2014 | 16:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Şəki-Qax-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Sabunçu və Suraxanı məktəbliləri rayonda olmuşlar. Sabunçu və Suraxanı məktəblilərini Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbər işçiləri səmimiyyətlə qarşılayıblar. Tur-aksiya iştirakçılarına rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Sonra qonaqlar mərkəzlə yaxından tanış olublar.
            Qonaqlara bildirilib ki, 2013-cü ilin avqustunda Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə istifadəyə verilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Milli memarlıq ənənələri saxlanılmaqla ən müasir üslubda tikilən mərkəzin foyesində Ulu Öndərin möhtəşəm heykəli qoyulub. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zalın yan divarları səkkizguşəli ornament şüşələrlə örtülüb. Xüsusi ekranlar və tablolarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılır. Zalda quraşdırılan rayonun elektron xəritəsi, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələr məktəblilərin böyük marağına səbəb olub.
Məktəblilər mərkəzin önündə xatirə şəkilləri çəkdiriblər.
         Sonra tur-aksiya iştirakçıları “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra “İçəribazar” kompleksi müasir və füsunkar görkəm alıb. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri nümayiş etdirir.Buradakı açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik teatr, sənətkarlıq emalatxanaları məktəblilərin böyük marağına səbəb olub.
          Tur-aksiya iştirakçıları sonra rayon Tarix-Diyarşünaslıq muzeyində olublar. Məlumat verilib ki, 1981-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda rayonun tarixi keçmişindən soraq verən 11 mindən artıq muzey əşyası saxlanılır.
          Məktəblilər daha sonra geniş turizm potensialına malik İlisu kəndinin tarixi məkanları ilə tanış olmuş, rayonun görməli yerlərini ziyarət ediblər.
          Əsrarəngiz təbiəti olan rayonun  tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb.

Keçidlər