Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müstəqil Azərbaycanın Konstitusiyası ümumbəşəri və demokratik prinsiplərə əsaslanır

19 noyabr 2014 | 16:00

Konstitusiya Günü münasibətilə rayondakeçirilən yığıncağın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
        Heydər  Əliyev Mərkəzində  keçirilən tədbirdə bildirilib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiya ölkəmizin demokratik yolla inkişafının ən başlıca təminatçısı olub. Konstitusiyanın qəbulundan ötən müddət ərzində Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları tam bərqərar olub, bəşəri və milli dəyərlər qorunub saxlanılaraq inkişaf etdirilib, demokratik, hüquqi və dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu öz inkişafının ən məhsuldar dövrünə çatıb. Vurğulanıb ki, bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları hüquq bərabərliyi şəraitində yaşayır, yaradır, respublikamızın mədəni, siyasi və iqtisadi inkişafını təmin edirlər.
        Çıxış edənlər yeni Konstitusiyanın ümumbəşəri və demokratik prinsiplərə əsaslandığını, ölkəmizdə demokratik, hüquqi və vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaratdığını, insanların hüquqlarını müdafiə etmək üçün bütün təminatları verdiyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, Əsas Qanunumuz ictimai-siyasi həyatın bütün sahələrini özündə əks etdirir. Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən olan hakimiyyət bölgüsü, beynəlxalq hüquqi sənədlərdə və konvensiyalarda əksini tapmış bütün hüquq və azadlıqların təminatı prinsipləri, habelə cəmiyyət həyatının digər önəmli məsələləri öz əksini tapıb.

 

Keçidlər