Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirilib.

19 noyabr 2014 | 16:00

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə noyabrın 13-də  Heydər Əliyev Mərkəzində “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda “dəyirmi masa”lar keçirilib. 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirdə  rayon icra hakimiyyətinin başçısı, ziyalılar, milli azlıqların nümayəndələri, dini icmaların üzvləri iştirak ediblər.
Tədbir  iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
            Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Musa  Şəkiliyev açaraq 1995-ci il noyabrın 16-da UNESCO-ya üzv dövlətlər tərəfindən tolerantlıq prinsipləri haqqında Bəyannamənin qəbul olunduğunu, 1996-cı ildən isə noyabrın 16-nın dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən bir ölkədir. Ölkəmizdə bütün dinlərə və millətlərə tarixən tolerant münasibət bəslənilib. Diqqətə çatdırılıb ki, tarix boyu rayonumuz  azərbaycanlılarla digər xalqların nümayəndələri heç bir münaqişə olmadan yaşamış, bir-biri ilə qohumluq əlaqələri qurmuşlar. Milli azlıqların nümayəndələri dövlət hakimiyyətinin bütün strukturlarında təmsil olunurlar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əməkdaşı Rəvan Həsənov hazırda Azərbaycanın Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövlət olduğunu, regionun iqtisadiyyatının 80 faizinin ölkəmizdə cəmləşdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Azərbaycan yalnız iqtisadi və enerji ehtiyatları ilə fərqlənən dövlət deyil. Ölkəmiz, eyni zamanda, tolerantlıq və multikultural ənənələri özündə əks etdirən, tarixən formalaşmış bir dövlətdir. Tolerantlığın, multikulturalizmin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan BBMM-nin əməkdaşı tolerantlığın Azərbaycan tarixində formalaşmış bir mühit olduğunu, siyasi əsasının 90-cı illərin əvvəllərindən başlayaraq Ulu Öndərin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində meydana çıxdığını bildirib. Qeyd olunub ki, Ümummilli Liderin hakimiyyəti dövründə qəbul edilən bütün qanunvericilik aktlarında milli azlıqların, milli etnik qrupların hər birinin öz dilində təhsil almaq, öz mədəniyyətlərini qoruyub saxlamaq hüquqları tam şəkildə qorunub və bu siyasət indi də davam etdirilir.
         “Dəyirmi masa”nın moderatoru, Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı Anar Nağıyev bildirib ki, tədbirin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda keçirilməsi heç də təsadüfi deyil. Neçə illər əvvəl Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər tərəfindən deyilmiş bu sözlər Azərbaycanda yaşayan bütün etnik qrupların, müxtəlif dini inanclara mənsub insanların, bütün mədəniyyətlərin, fərqli dillərdə danışan insanların hamısının vahid dəyərlər ətrafında birləşdiyinin bir təzahürü, göstəricisidir. 
“Dəyirmi masa”da Təhsil şöbəsinin  müdiri Məmməd  Xasıyev, İngiloy- Kötüklü  kənd  tam orta məktəbin  direktoru Masiko Babacanaşvili, şəhər 3 nömrəli tam orta  məktəbin müəllimi  Lyudmila Cəbrayılova və başqaları çıxış edərək tolerantlıq və multikulturalizm barədə fikirlərini bölüşüblər.

Keçidlər