Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Həvəskar rəssam Rövşən Şirinovun fərdi sərgisi açilmişdir

19 iyul 2012 | 15:00

Qax Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Rövşən Şirinovun fərdi sərgisi açılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkil etdikləri sərginin açılış mərasimində incəsənət həvəskarları, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Bu sərginin R. Şirinovun son illər rəsm qalereyasında təşkil olunmuş sayca üçüncü sərgisidir. Müəllifin əsərlərində Vətən sevgisi, doğulub boya-başa çatdığı diyara, torpağa, tarixi keçmişimizə bağlılıq xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Anadan olduğu Ləkit kəndindəki qədim alban abidələri, İlisu kəndinin qədim yaşayış məhəllələri, tarixi-memarlıq abidələri, Qax rayonunun əsrarəngiz təbiəti Rövşən Şirinovun əsərlərinin əsas mövzusunu, qayəsini təşkil edir.
Sərginin açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin məsul əməkdaşları Polad Zeynalov və Rafiq Quliyev çıxış edərək paytaxtdan kənarda, ucqar rayonlarda təşkil olunan belə sərgilərin incəsənətin bu sahəsinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Qeyd olunmuşdur ki, bölgələrdə belə istedadlı rəssamların yetişməsi çox sevindiricidir. Rövşən Şirinovun əsərlərinin yüksək peşəkarlıqla çəkildiyi, gələcəkdə bu sərginin xaricdə də nümayiş etdirilməsinin mümkünlüyü xüsusi vurğulanmışdır.
Sonra tədbir iştirakçıları müəllifin sərgidə nümayiş etdirilən 50-dən artıq rəngkarlıq əsəri ilə yaxından tanış olmuşlar. Sərgi bir neçə gün davam edəcəkdir.
 

Keçidlər