Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli Dirçəliş Günü qeyd olunub

19 noyabr 2014 | 16:00

Noyabrın 17-də rayonda  Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Musa Şəkiliyev 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarına dolayısı ilə dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda xalqın etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələndiyini bildirib.
Qeyd edilib ki, əslində Azərbaycanda dirçəliş hərəkatı ötən əsrin 80-ci illərindən deyil, Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dönəmində başlanıb. Bütün çətinliklərə baxmayaraq məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasət nəticəsində Azərbaycanda hərbi məktəb formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Müstəqilliyinin bərpasından sonra böhran, anarxiya içərisində boğulan dövlətimiz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yenidən dirçəldi. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən rayonumuzda da çox böyük infrastruktur, tikinti-quruculuq işləri uğurla aparılır.
Tədbirdə çıxış  edənlər  Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə geniş söhbət  açmışlar.

Keçidlər