Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyasının yaranmasının 22- ci ildönümü münasibətilə yığıncaq keçirmişdir

21 noyabr 2014 | 16:00

Yeni Azərbaycan Partiyasının  yaranmasının 22- ci ildönümü  münasibətilə 21 noyabr 2014-cü il tarixdə YAP Qax rayon təşkilatında  yığıncaq keçirmişdir.
           Yığıncağı giriş sözü ilə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq qeyd etdi ki, 22 il bundan əvvəl yaranmış Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai – siyasi, iqtisadi həyatında iflasdan inkişafa, tənəzzüldən tərəqqiyə, parçalanmaqdan bütövlüyə doğru gedən işıqlı yolun təminatçısı olmaqla  tarixi zərurətdən doğan  reallıq  səviyyəsinə  yüksəldi. Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasi və dövlət xadimi H. Əliyevin sayəsində təşəkkül tapmış, onun nurlu şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənmiş və respublikamızın  siyasi  həyatında  indiki  mövqeyini  tutmuşdur.
YAP Qax rayon təşkilatının Aparat rəhbəri Natiq Allahverdiyev “YAP :Güclü, mütəşəkkil siyasi qüvvə” mövzusunda məruzə etmişdir. Məruzədə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən və 21 ildə partiyanın əldə etdiyi uğurlardan danışıldı.
          Yığıncaqda çıxış edən partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP  Qadınlar  şurasının Qax rayon təşkilatının sədri  Sevil Əsgərova, YAP Qax rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin  üzvü Elçin Omarov və  partiyanın  fəal üzvü Günay Mahmudova Yeni Azərbaycan Partiyasının bu gün öz sıralarında 610 mindən artıq partiya üzvünü birləşdirməklə ən güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvə olmasından danışdılar və qeyd etdilər ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı yalnız Azərbaycan Respublikamızın Prezidenti, YAP sədri cənab İlham Əliyevdir və biz öz Prezidentimizlə daim  birlikdəyik.
          YAP  Qax rayon təşkilatı İdarə Heyətinin üzvü,  rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək millətin istəyindən yaranan, gücünü, ilhamını xalqdan alan Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışdı. Və qeyd etdi ki, həqiqətən bu gün cənab Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində respublikamız qüdrətlənir, qüdrətlənəcək və güclü  Azərbaycana  çevriləcək.
         Sonda partiya sıralarına yeni qəbul olnmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu və partiya həyatında fəal iştirakına görə bir qrup partiya veteranları fəxri fərmanla təltif olundu.

Keçidlər