Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümumrespublika yaşıllaşdırma marafonu uğurla davam etdirilir

03 dekabr 2014 | 16:00

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf  Mühitin  Mühafizəsi Naminə Beynəlxalq Dialoq)  İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonu rayonumuzda da yüksək mütəşəkkilliklə davam etdirilir.
      Aksiya çərçivəsində keçirilən yaşıllaşdırma tədbirlərində indiyədək Şəki-Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında, bələdiyyələrin ərazilərində, eləcə də şəhərin park və küçələrində 10 minə yaxın qoz, akasiya, sərv, xan çinarı, sarağan və digər növlərdən olan ağac əkilmişdir.
     İməciliklərdə idarə və müəssisələrin kollektivləri, eləcə də şəhər və kənd əhalisi yüksək fəallıq göstərirlər. Yaşıllaşdırma tədbirləri ilin sonunadək davam etdiriləcək.

Keçidlər