Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Qadınların bələdiyyə seçkilərində iştirakının gücləndirilməsi” mövzusunda Təlim keçirilmişdir

02 dekabr 2014 | 16:00

Dekabr 2-də şəhər Olimpiya Kompleksində “Qadınların bələdiyyə seçkilərində iştirakının gücləndirilməsi” mövzusunda Təlim keçirtmişdir.
Təlim 23 dekabr Bələdiyyə seçkilərinə namizədliyini irəli sürən və yerli idarəetmədə iştirak edən qadınlar üçün nəzərdə tutulmuşdur. Təlimlərdə qadınların ictimai və siyasi həyatda rolu və iştirakçılığı haqqında geniş müzakirələr aparılmışdır. Burada həmçinin, qadınların seçki hüququ və bələdiyyə seçki kompaniyaların planlaşdırılması, müşahidəçiliyin təşkili və Bələdiyyə üzvlərinin vəzifələri haqqında geniş məlumat  üzrə maarifləndirmə həyata keçirilmişdir.
Proqram və layihə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihə öz fəaliyyətini regionlarda gücləndirib genişləndirməklə daha çox sayda qadınların maariflənməsini və məlumatlandırılmasını, qadınların öz hüquqlarında istifadə etmək bilik və bacarıqlarının artırılmasını, qadınları siyasi proseslərə cəlb etmək və onların qarşıdan gələn Bələdiyyə Seçkilərində aktiv iştirakının təşfiqini, ümumilikdə qadın liderliyinin təbliğinin gücləndirilməsini nəzərdə tutur

Keçidlər