Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir

02 dekabr 2014 | 16:00

Dekabrın 2-də Beynəlxalq Əlillər günü münasibətilə rayonun “El-Resort” otelində tədbir keçirilmişdir. Diqqətə çatdırılmışdır ki, hazırda dünya əhalisinin təqribən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir.
Bildirilmişdir ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşdırılmasına, onların ictimai hüquqlarının qorunmasına hərtərəfli imkan yaradıb.
Bayram süfrəsi arxasında davam edən tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.

Keçidlər