Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ilyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı gecə keçirilmişdir

05 dekabr 2014 | 16:00

Dekabrın 5-də rayonun Səməd Vurğun adına Mədəniyyət evində Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik  yubileyi münasibətilə Rayon Mədəniyyət evi və şəhər kitabxanasının birgə təşkil etdiyi “Yazıcı qələminin sehri” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə təhsil və mədəniyyət işçiləri, yuxarı sinif şagirdləri iştirak etmişdir. Gecədə ədibin həyat və yaradıcılığından bəhs edən video-çarx göstərilmiş və “Mahnı dağlarda qaldı”, “Sən həmişə mənimləsən” pyeslərindən parçalar səhnələşdirilmişdir.

Keçidlər