Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir

12 dekabr 2014 | 16:00

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir. Bu münasibətlə dekabrın 12-də səhər saatlarından başlayaraq axın-axın insanlar şəhərin mərkəzi meydanına gələrək Ulu Öndərin burada ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Ümummilli Liderin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video-lenti izləmişlər.
Konfransda çıxış edənlər Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolu barədə danışmış, onun çoxsahəli fəaliyyətinin önəmli məqamlarına toxunmuşlar. Çıxışlarda vurğulanmışdır ki, dünya şəxsiyyətləri içərisində xüsusi yeri olan, ulu öndər Heydər Əliyevin həyatı qəhrəmanlıq, Vətənə və xalqa sədaqət nümunəsidir. Heydər Əliyev yüksək zirvə, xalqın qürur mənbəyidir.  Illər ötəcək, əsrlər keçəcək, ancaq onun əziz xatirəsi qədirbilən xalqımızın qəlbindən hec vaxt silinməyəcəkdir.

Keçidlər